Bakının mərkəzində kran aşdı – FOTOLAR

kranNəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Nəriman Nərimanov prospektinin İnşaatçılar prospekti ilə kəsişməsində (Statistika dairəsi) yol-nəqliyyat hadisəsi baş verib.

Yol-nəqliyyat hadisəsi nəticəsində N.Nərimanov prospektində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Hal-hazırda aşmış texnikanın yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır.
NİİM sürücülərə alternativ olaraq İnşaatçılar prospektindən istifadə etməyi tövsiyə edir.
Hadisə şahidləri Oxu.Az-a bildiriblər ki, kran orda reklam lövhələrini götürmək istəyəndə aşıb.
Əraziyə polis cəlb olunub.
Faktla bağlı araşdırma aparılır
kran2
kran1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button