Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılır

Bakının Təbriz küçəsində hərəkət məhdudlaşdırılır. Xural.com Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gücədən etibarən (22-dən 23 mart tarixinə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Qismən məhdudlaşma qısa müddətlik tərbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button