Bank sektorunda yeni ixtisar dalğası gözlənilir

Bu il bank işçilərinin kütləvi ixtisarı gözlənilir. “Fitch reytinq” agentliyinin proqnozundan belə görünür. “Fitch” hesab edir ki, 2017-ci ildə  daha çox bank müflis olacaq və aktivlərin pis keyfiyyəti və valyuta riskləri ilə bağlı vəsait çatışmazlığına görə sektorun təmizlənməsi tədbirləri artacaq.

Xatırladaq ki, kredit-maliyyə sahəsinin yenidən strukturlaşması gedişində 11 bank bağlanıb. Bu il martın ortaları üçün 4.200 nəfər ixtsar edilib. Salamnews-un məlumatına görə, bu məlumatı «Rabitəbank»ın İdarə Heyətinin sədri Elçin Qədimov konfrans zamanı deyib.

Amma bank dairələrində bu rəqəmi şişirdilmiş hesab edirlər. «Bu qədər bankın bağlanacağına inanmıram. Maksimum AMB 4-5 maliyyə təşkilatının lisenziyasını ləğv edəcək. Bunlar əməkdaş sayı 400-500 nəfəri keçməyən kiçik banklardır. Bu bankların ləğv edilməsi əmək bazarına ciddi təsi etməyəcək. Amma bu sahədə çətin vəziyyət iri banklarda ixtisarlara səbəb olacaq, nəticədə bir sıra banklar əməkdaşlarını itirə bilər», – deyə maliyyə dairələrindəki mənbə “Turan”-a bildirib.

Bundan başqa, bank filiallarının bağlanması ilə əlaqədar ixtisarlar gözlənilir. «İri banklar filiallarını bağlayacaq. Bu proses kredit-maliyyə sahəsində böhranla bağlıdır. Bu ilin yanvarından qüvvəyə minən «Nağdsız hesablaşmalar haqqında» qanun nağd əməliyyatları azaldacaq. Nağdsız hesablaşmanı banka getmədən də etmək olar. Ona görə ştatlar azalacaq», – deyə bankın müsahibi bildirib. Təcrübəyə əsasən, daha az ehtiyac olan mütəxəssislər işsiz qalır. Onlar üçün iş tapmaq çətindir. Bir qayda olaraq, yüksək həlqə menecerləri və iflasa uğrayan bankların idarə edənlərini işsizlik narahat etmir.

“Adətən bank sahibləri bu vəzifələrə yaxınlarını və dostlarını təyin edir. Bir qayda olaraq ali həlqənin menecerləri maliyyə qurumlarının müflisləşməsinə səbəb olan çirkli əməliyyatların iştirakçısıdır, ancaq əvvəlki qurumlar müflis olandan sonra məhz onları digər strukturlarda rəhbər vəzifələrə təyin edirlər”, – deyə bank eksperti Əkrəm Həsənov “Turan”-a bildirib.

Bu ilin birinci rübündə əmək bazarındakı vəziyyət nikbin deyil. “Exo” qəzetinə açıqlamasında sığorta bazarında neqativ təzahürlərdən danışan Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, maliyyə və tikinti sektorlarında vəziyyət stabil olaraq pisdir. Lakin əgər bank sektorunda böhran dərinləşirsə və əməkdaşların ixtisarı davam edirsə, tikinti sektorunda bəzi canlanma var. Əmək bazarının amorf strukturu, qeyri-leqal əmək münasibətləri və yerli müəssisələrdə “qara mühasibat” işsizlik, orta əmək haqqı və s. bağlı rəsmi statistikanın bütün məlumatlarını şübhə altına qoyur. “1,5 milyon vətəndaşımızın əmək münasibətləri rəsmiləşdirilib, qalan 4,5 mln qeyri-rəsmi çalışır, ona görə də hər hansı statistikadan istifadə etmək mümkün deyil”, – deyə Məmmədov bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button