Banka borcu olan şəxs məhkəmə qarşısında özünü yandırıb – Azərbaycanda

Masallı rayonu, Şərəfə kənd sakini Zeynalov Raqif Əsəd oğlu özünü yandırıb.

Xural.com Bizimyol.İnfo-ya istinadən xəbər verir ki, hadisə yanvar ayının doqquzunda rayon məhkəməsinin qarşısında baş verib.

Məlumata görə, Raqif Zeynalov Masallı Rayon Məhkəməsinin qərarına etiraz olaraq özünü yandırıb. Vəziyyəti ağır olan Raqif Zeynalov Bakıya yola salınıb.

O, hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir.

Əldə etdiyimiz məlumata görə, R.Zeynalovun banka borcu olub. Borcunu vaxtında ödəyə bilmədiyi üçün məhkəmə vasitəsi ilə onun hesabından aylıq maaşı tam olaraq tutulub. R.Zeynalov buna etiraz edib və benzinlə özünü yandırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button