Barama HackDay 2016 yarışmasının qalibləri bəlli oldu

collage_hackday_2016

Azercell Telekom MMC-nin  dəstəyi ilə ölkəmizdə  daha bir maraqlı yarışma baş tutub. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə “Barama HackDay 2016” layihəsi martın 10-dan etibarən gənc proqramçıları bir araya toplayıb. Barama HackDay 2016 tədbirinə ilkin olaraq 43 komanda (hər komandada 3 nəfər olmaqla)  müraciət edib və  münsiflər heyyətinin qiymətləndirməsindən sonra 13 komanda yarışmada iştirak hüququ qazanıb.

“Pyhton və proqramlaşdırmanın əsasları” adlı təlimlə start götürən tədbirin yarış hissəsi 12 Mart 09:00-dan etibarən başlayıb və 36 saat davam edib. Proqramçılar bu müddət ərzində yarışın “Code. Eat. Sleep” (Kodlaşdır. Ye. Yat) şüarına uyğun olaraq yatmadan işləyiblər.Yarışmada iştirak edən komandalara “qida” sektoru ilə bağlı mövzu təqdim olunub. Heyətlərində dizayner, front-end developer, backend developer olan komandalara verilən mövzuya uyğun olaraq 36 saat ərzində web resurs yaratmaq tapşırılıb.

14 mart tarixində baş tutan mükafatlandırma mərasimində hər bir komanda 5 dəqiqədən çox olmayaraq hazırladıqları resursları münsiflər heyyəti qarşısında təqdim ediblər. “Works On My Machine” qalib komanda üzvləri Önər Əlili, Eldar Ələsgərov, Rauf Əliyev “Huawei mate s” smartfonları ilə mükafatlandırılıblar. 2-ci və 3-cü yerlərin sahibi olan “YUSOFT” (Elşad Pirimov, Rüfət Babakişiyev, Hikmət Qurbanlı) və “Bet265” (Məzahir Eyvazlı, Rəhman Məmmədov, Xumar Musayeva) komandalara isə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Xatırladaq ki, yarış müddətində proqramçıların yemək təminatını “PizzaMizza” şirkəti öz öhdəsinə götürüb. Tədbirin rəsmi informasiya dəstəyini isə “technote.az” informasiya portalı həyata keçirib.

Məlumat üçün bildirək ki, bütün dünyada məşhur olan “Hackathon” müəyyən bir mövzu ilə bağlı proqramçıların bir araya gəlib məhdud zaman ərzində komandalar şəklində rəqəmsal resurslar hazırladığı bir yarışdır. Developerlər üçün “party” (bayram) sayılan bu tədbirin əsas məqsədi yeni “hacker”, yaxud developelərin tanış olmalarına, bu mədəniyyətin dərindən öyrənilməsinə və insanlara faydalı olacaq məhsulların istehsalına şərait yaratmaqdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button