Baş nazir azərbaycanlı namizədin qərargahına gəldi – FOTOLAR

davudoğlu və yaşar tezəlxural.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu İğdıra səfər edib. Qarşıdan gələn 7 iyun seçkilərinə görə seçim turu edən AKP sədri Ə.Davudoğlu siyasi mədəniyyət nümayiş etdirərək, MHP-nin İğdırdan irəli sürdüyü və partiya siyahısına rəhbərlik edən azərbaycanlı İsa Yaşar Tezəllə görüşüb. Türkiyə baş naziri həyat yoldaşı Sara Davudoğlu ilə onu kəskin tənqid edən müxalifət partiyasının əsas namizədinin seçki qərargahına gələrək, onunla çay içib və masa arxasında İğdırın problemlərini müzakirə edib. Bu, həm də İsa Yaşar Tezəlin nə qədər iddialı və güclü namizəd olduğunun hakim partiya tərəfindən qəbul olunması deməkdir.

Görüş haqqında MHP İğdır namizədi İsa Yaşar Tezəl özünün facebook səhifəsindəki statusunda bunları yazıb: “Başbakan Sayın Ahmet Davutoğlu ve Eşi Sare Davutoğlu Hanım MHP Iğdır Seçim Koordinasyon Merkezimize Gelerek Çayımızı İçtiler, Nezaket Ziyaretinde Bulundular. “Hayırlı, Uğurlu Olsun” Dileklerini İlettiler.”

xural.com

davudoğlu və yaşar tezəl1

davudoğlu və yaşar tezəl2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button