Baş Prokurorluqdan Eldar Sabiroğluna tövsiyə – “Məhkəməyə müraciət edilməlidir”

eldarsabir-1.jpg

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat, polkovnik Eldar Sabiroğlunun YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzovdan Respublika Prokurorluğuna ünvanladığı şikayət ərizəsinə rəsmi cavab verilib.

Məlumat üçün bildirək ki, E.Sabiroğlu bir neçə gün əvvəl Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət edərək, YAP-çı deputat Siyavuş Novruzovun onun barəsində səsləndirdiyi “dövlətə xəyanət” ittihamının araşdırılmasını xahiş etmişdi.

Xatırladaq ki, S.Novruzov YAP-çı həmkarı ilə media müstəvisindəki “atışmalarına” cavab olaraq, E.Sabiroğluna qarşı bir sıra ittihamlar irəli sürmüş, o cümlədən onu Müdafiə Naziriliyində işlədiyi müddətdə “ermənilərə informasiya ötürməkdə” suçlamışdı. E.Sabiroğlu isə etməyib tənbəllik dərhal məsələyə hüquq müstəvisində aydınlıq gətirmək üçün Baş prokurora müraciət ünvanlayaraq, YAP İcra katibinin ittihamlarının araşdırılmasını və S.Novruzovun böhtanlarına görə məsuliyyətə cəlb olunmasını xahiş etmişdi.

Strateq.az bildirir ki, artıq E.Sabiroğlunun müraciətinə Baş Prokurorluqdan reaksiya verilib – III dərəcəli dövlət ədliyyə müşaviri Anar Məmmədovun imzası ilə Baş Prokurorluqdan E.Sabiroğlunun ünvanına daxil olan məktubda deyilir: “Sizin KİV-də ağır cinayətdə ittiham edilməyinizlə əlaqədar müraciətinizə baxıldı. Bununla bağlı bildiririk ki, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda, internet informasiya ehtiyatında barəsində yayımış məlumatlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayəti əlamətlərinin mövcud olması nəticəsinə gəlmiş şəxsin şikayəti üzrə cinayət təqibinin həyata keçirilməsi məsələsinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2 və 45.4-cü maddələrinə əsasən şəxsin xüsusi ittiham qaydasında bilavasitə məhkəməyə etdiyi müraciət əsasında məhkəmə tərəfindən baxılır. Göstərilənlərin nəzərə alınması xahiş olunur.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button