Baş redaktor Müsavatdan niyə gedir? – AÇIQLAMA

“Müsavat Partiyasından gedəcəyim barədə feysbukda yazdıqlarımdan başqa heç nə demək istəmirəm. Yaxın vaxtlarda bununla bağlı geniş məqaləm olacaq və orada səbəbləri açıqlayacam”. 

xural.com xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından gedəcəyi barədə FB qeydlərinə münasibət bildirərkən qeyd edib. 

R.Arifoğlu Müsavat Partiyasından AXCP sədri Əli Kərimlinin Arif Hacılı qarşısında qoyduğu şərt əsasında uzaqlaşması xəbərini şərh etməyib.

Qeyd edək ki, R.Arifoğlu sosial şəbəkədə yaxın vaxtlarda partiyasız olacağına işarə edib.

“Partiyasız olacağım zamanlarda – ki, bu yaxın zamanlarda baş verəcək, – mətbuat özgürlüyünə bu cür hörmətlə yanaşan, onu dərindən bilən Arif Hacılı ilə əməkdaşlıq etmək daha maraqlı olacaq. Bizim dərdimiz özünə demokrat deyənlərin demokratiyanın əlifbasından xəbərdar olmamasıdır. Belələri demokrasi yamyamlarıdır, qorxunc təhlükə mənbəyidir. Arif Hacılı isə bu çıxışı ilə (Partiya Məclisinin sessiyasındakı çıxış nəzərdə tutulur – red )  demokratiya dərsi keçir. Bu, həm də gələcəyə mesajdır. Müxalif düşərgədən demokratiyanın gələcəyinə yönələn təhdidləri önləyəcək tək güc Müsavat olaraq qalır”.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button