Başı kəsilən uşağın anası Komitə sədri ilə görüşdü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Beyləqan rayonunda vətəndaşları qəbul edib.

Xural.com apa.az-a istinadən bildirir ki, görüşdə Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Bərdə, Ağdam və Beyləqandan olan vətəndaşlar iştirak ediblər.

Qəbulda bir neçə gün əvvəl rayonun Kəbirli kəndində atası tərəfdən başı kəsilən 7 yaşlı Ümidin anası Mahirə Abışova və babası Namaz Abışov da iştirak ediblər.

Hicran Hüseynova komitənin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətlərin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılacağını, aidiyyəti üzrə tədbirlər görüləcəyini deyib. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button