“Bavariya” “Real Madrid”in futbolçusu üçün 42 milyon avro ödəyəcək

Almaniyanın “Bavariya” klubu futbolçu Xames Rodrigesin transfer hüququnu İspaniya “Real Madrid”indən alacaq.

“Report” “Marca”ya istinadən xəbər verir ki, münhenlilər hazırda icarə əsasında xidmətindən yararlandıqları kolumbiyalı yarımmüdafiəçi üçün 42 milyon avro ödəyəcək.

26 yaşlı oyunçu cari mövsümdə “Bavariya”nın heyətində 18 çempionat matçında iştirak edib. O, 5 qol vurmaqla yanaşı, 9 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Real Madrid” 2014-cü ildə Fransanın “Monako” klubundan 80 milyon avroya transfer etdiyi Xames Rodrigesi ötən yay 13 milyon avro qarşılığında 2 il müddətinə “Bavariya”ya icarəyə verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button