”Bazarın ölən günüdür” – FOTO/VİDEO

 bazar

Bazarı bazar edən həm də onun müştərisidir. Bu bazarın digərlərindən fərqi odur ki, buradakılar müştəriyə həsrətdir. Satıcılar deyir ki, qiymətlər baha deyil, sadəcə əhalidə pul yoxdur.

70 illik ömrünün 45 ilini bu “Təzə Bazar”da keçirən Vəli Əliyev deyir ki, səhər saat 7-dən axşam 7-yə kimi burada otururlar. Amma bəzi günlər heç nə sata bilmirlər. Qapalı bazarda da vəziyyət eynidir.

Kimisi evinə bir tikə çörək aparmaq qayğısı ilə müştərisini gözləyir, kimisi vaxtını nərd oynamaqla dəyərləndirir. Özləri demişkən, onlar üçün qarşıdakı bayram Novruz yox, Nevrozdu…

Meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button