BBC özünün dünyadakı 74 milyon tamaşaçısından “qaydaları pozduğuna görə” üzr istəyib

15.02.2012

Üzrxahlığa səbəb BBC World News-un yaydığı bəzi sənədli filmlərdir. Qalmaqal isə keçən il Britaniyanın “İndependent” qəzetinin araşdırmasında üzə çıxdı. “İndependent” maraqlanıb ki, necə olur ki, BBC Britaniyanın FBC Media şirkətindən sənədli filmi almağa cəmi 1 funt sterlinq verir?

Araşdırma nəticəsində məlum olub ki, Malayziya haqda BBC-də nümayiş olunan 8 filmi çəkməyə həmin FBC Media Malayziya hökumətindən 17 milyon funt sterlinq alıb. Həmin filmlər Malayziyanın mübahisəli palma yağı sənayesini müsbət işıqlandırırdı. Araşdırmaya görə, FBC Media filmlərin çəkiliş pulunu Malayziya hökumətinin verdiyini BBC-dən gizlədib. Bundan başqa, keçən ilin yazında BBC FBC Medianın Misir hadisələri haqda filmini göstərmişdi. Sonra məlum olub ki, bu filmin çəkilişinə də pulu Mübarək rejimi veribmiş. BBC-nin redaktə standartları komitəsi öz araşdırmasını aparıb və bildirir ki, bu filmlərin nümayişində qaydalar 15 dəfə pozulub.

BBC bildirir ki, sənədli filmlərin yerli hökumətlər tərəfindən maliyyələşdirildiyini bilməyib və öz tamaşaçılarından üzr istəyir. BBC bəyan edir ki, o, yüksək jurnalistika standarlarına sadiq olaraq qalır.

Qeyd edək ki, BBC-də Azərbaycanla bağlı müsbət ruhlu sənədli filmlər nümayiş etdirilib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button