BDM hərəkətə keçdi

ismayıl ağayevBeynəlxalq Diaspor Mərkəzi (BDM) “Caspian Plaza” otelinin konfrans zalında dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təkilatlarının fəaliyyəti, müəyyən problemlərin aşkar edilməsi, diasporumuzun fəliyyətinin gücləndirilməsi üçün təkliflər paketinin hazırlanması məqsədi ilə “Azərbaycan diasporunun fəaliyyəti: problemlər və perspektivlər” mövzusunda konfrans təşkil edib. Konfransda diaspor yönümlü QHT-lər, Ali təhsil ocaqlarının professor və müəllimləri, xaricdə təhsil alan tələbələr və ekspertlər iştirak ediblər.

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev  konfransı açıq elan edərək, bildirib ki, “Məqsədimiz Azərbaycan həqiqətləri barədə formalaşan dolğun informasiya bankından yetərincə bəhrələnərək ölkəmizi və xalqımızı dünyada daha layiqincə tanıtmaqdır. Ölkəmizdə Azərbaycan disporçuluq sisteminin günün tələbləri səviyyəsində qurulması üçün əsaslı hüquqi baza yaradılıb. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə atdığı strategi addımlar sonrakı mərhələdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məlum diaspor komitəsinin yaradılması və inkişafını səciyyələndirən prezident sərəncamları ötən dövrdəki çoxistiqamətli fəaliyyətimizin əsasını təşkil etmişdir”.

“Azərbaycan diasporunun fəaliyyəti: problemlər və prespektivlər” mövzusunda keçirilən konfransda bir sıra məsələlərə dair müzakirələr aparıldı, fikir mübadiləsi edildi. Konfransda Bakı-Slavyan Universitetinin dosenti Şirinbəy Əliyev, Gənc Jurnalistlər Şəbəkəsinin rəhbəri Ramilə Əliyeva, “Azərbaycan” Universitetinin prorektoru, politoloq Xaləddin İbrahimli, “Qafqaz” Universitetindən Regionşünaslıq (Avropa) kafedrasının müdiri dr.Ceyhun Mahmudlu, İdarəçilik Akademiyasının dissertanti Cahangir Cahangirli, Milli Düşüncə İnstitutu təşkilatının eksperti Tariel Faziloğlu, “Xəzər” Universitetinin magistrı  Lalə Cumayeva, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, Milli QHT Forumunun prezidenti Rauf  Zeyni, BDM-in Rusiya nümayəndəliyinin rəhbəri, hüquqşünas Ələmdar Nəbiyev, Fikir Fabriki İnstitutunun layihə koordinatoru Sənan Nəcəfov, Azərbaycan-Avropa hərəkatının rəhbəri Surxay Lətifov, ekspertlər Namiq Eyvazov, Samir İsgəndərov  və başqaları çıxış etdilər.

Konfrans iştirakçıları tərəfindən Azərbaycan diaspor təşkilatlarına təkliflər zərfi ünvanlanmışdır.

Təkliflər zərfi:

  1. Latın qrafikalı Azərbaycan əlifbasının xarici ölkələrdə yaşayan soydaşlarımızın öyrənməsi üçün əyani vəsaitlərin hazırlanması və yayılması.
  2. Diaspor təşkilatlarının formalaşmasında və fəaliyyətində şəffaflığa riayyət etmək.
  3. Azərbaycan həqiqətlərinin daha sürətlə yayılması üçün fasiləsiz mərasim və aksiyalara nail olunması.
  4. Dünyada fəaliyyət göstərən diaspor təşkilatlarının şəbəkələşmiş şəkildə fəaliyyətini təşkil etmək.
  5. Dünyada fəaliyyət göstərən diaspor təşkilatlarının Vahid İnformasiya Mərkəzinin yaradılması.
  6. Azərbaycan diasporunun media vasitələrinin (qəzet, dərgi, radio, televiziya və internet saytları) kütləvi təbliğini təmin etmək.
  7. Ölkəmizlə bağlı yaradılan məlumat saytlarını “az” domenlərindən daha çox “com”, “net” , “org” və digər beynəlxalq domenlərində yaratmaq.
  8. Xaricdə yaşayan azərbaycanlıların övladları  üçün ölkəmizdə “Yay məktəbləri”-nin təşkili.
  9. Azərbaycanşünaslıq mərkəzləri yaratmaq və xarici ölkə alimləri və mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək.

10.  Xaricdə yaşayan soydaşlarımızın Ana dilini öyrənməsi üçün “Bazar günü”  məktəblərinin təşkil edilməsi.

11.  Xarici ölkələrdəki təhsil ocaqlarında işləyən azərbaycanlı müəllimlər, alimlər vasitəsilə Azərbaycan tarixinin, elminin həqiqətlərinin təbliği istiqamətində işlərin aparılması.

12. Milli-mənəvi dəyərlərimizin qorunması üçün soydaşlarımızın yaşadığı ölkələrdə məktəb və məscidlərin təşkili və fəaliyyətinin genişləndirilməsi.

13. Miqrant kimi yaşayan soydaşlarımızın hüquqlarının qorunması.

14. Universitetlərdə diasporun fəaliyyəti ilə bağlı yazılan dissertasiyalarla tanış olmaq və həmin universitetlərlə əməkdaşlıq etmək.

15.  Diasporla  bağlı terminologiyada düzəlişlərin edilməsi.

16. Daha çox  xaricdə təhsil alan tələbələrlə birgə əməkdaşlığın gücləndirilməsi.

17. Universitetlərdə yaradılmış mərkəzlərlə konfransların təşkil olunması.

18. Aparıcı İnstitutlarla görüşlərin keçirilməsi.

19. Diasporumuzun beynəlxalq qurumlar və xarici KİV-lə əlaqələrinin qurulması.

20. Türk Dünyası Diaspor Hərəkatının yaradılması.

21. Dünya azərbaycanlılarının inkişafı məqsədilə qəbul olunan qanunlar, proqramlar və DAHX-dan irəli gələn vəzifələr keyfiyyətli və səmərəli şəkildə yerinə yetirilməli.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button