Beynəlxalq mətbuat azadlığı indeksində Azərbaycan 10 bənd geriləyib

25.01.2012

“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı ənənəvi “Dünyada azadlıq indeksi” məruzəsini açıqlayıb. Bu il siyahıda söz azadlığının pisləşməsinə görə düzülmüş 179 ölkə var. Bu siyahıda Azərbaycan ötən illə müqayisədə 10 bənd geriləyərək, 162-ci yeri tutub. Mətbuat azadlığı indeksi bu və ya digər ölkədə mətbuat azadlığı sahəsində vəziyyətlər bağlı sorğular, vəziyyətin daimi monitorinqi və ifadə və İnternet azadlığının pozulması haqqında məlumatların təhlili əsasında müəyyən olunur.

Sorğular ildə bir dəfə ekspertlərin, hüquq müdafiəçilərinin, hüquqşünasların və s. cəlb edilməsi ilə keçirilir. Bu qiymətlər il ərzindəki məlumatlar və faktlarla müqayisə olunur və onların əsasında ayrı-ayrı mövzular və məsələlər üzrə qiymətlər verilir.

Xüsusən, hökumətin KİV azadlığı sahəsində hökumətin siyasəti, mövcud qanunvericilik, qanunların icrası və ya pozulması, jurnalistlərin təqibi faktları və hakimiyyətin buna reaksiyası və s. müəyyən olunur.

“Bu il Azərbaycan 10 bənd geriləyib və bunun əsaslı səbəbləri var. İlk növbədə bu, Rafiq Tağının qətli, blogerlərin həbsləri, jurnalistlərə hücumlar və onların oğurlanmasının nəticəsidir. Amma ən əsası bütün bu faktların araşdırılmamasıdır ki, bu da hökumətin siyasətinin göstəricisidir”, deyə “Sərhədsiz reportyorlar”ın nümayəndəsi Turana bildirib.

KİV azadlığı sahəsində ən azad ölkələr Finlandiya və Norveç olub. Ümumilikdə, Avropa ölkələrində ciddi dəyişikliklər baş verməyib. Amma 10 bənd geriləyərək 148-ci yeri tutan Türkiyədə vəziyyət məyusluq və narahatlıq doğurur.

“Türkiyə cəhənnəmə doğru yolunu davam etdirir. Türkiyə mətbuatının plüralizminə və canlılığına baxmayaraq, 2011-ci il jurnalistlərin məhkəmə təqibinin intensivləşməsi ilə səciyyələnib. “Antiterror” arqumenti adı altında onlarla reportyor mühakimə belə olunmadan həbsə atılıb, xüsusən, Ergenekon və KSK ilə bağlı işlər üzrə. Bu həbslərin təhlükəli artımı, kütləvi telefon dinləmələri və fərdi məlumatların müdafiəsinə etinasızlıq kütləvi informasiya vasitələri arasında müəyyən qorxu mühitinin bərpasına gətirib çıxarır”, deyə məruzədə qeyd edilir.

Rusiya Anastasiya Baburova və Stanislav Markelovun qatilləri barədə hökmlərlə əlaqədar göstəricisini bir qədər yaxşılaşdırıb, lakin ümumilikdə vəziyyət pis olaraq qalır.

Belarus və Azərbaycanın göstəriciləri xeyli pisləşərək, müvafiq olaraq 168 və 162-ci yerlərə eniblər və demək olar ki, İndeksin ən aşağı səviyyələrinə gəliblər. Bu, bu ölkələrdə hakimiyyətin demokratik hərəkatlara qarşı repressiya aparmaq istəyinin nəticəsidir.

Mətbuat yırtıcıları Aleksandr Lukaşenko və İlham Əliyev tənqidə görə mətbuatdan qisas alıblar. Belarusda yüzdən çox jurnalist saxlanılıb, onlardan 30-u həbs cəzasına məhkum edilib.

“Eyni metodlardan istifadə edən Bakı sosial şəbəkələri nəzarət altına alıb və on-line rejimdə etirazlarını ifadə etmək çağırışlarında təqsirkar olan İnternet istifadəçilərini həbs edib. Müxalif jurnalistlərin həbsləri, onlara qarşı fiziki təzyiqlər və hücumlar – zorakılıqlar ölkəyə geri dönüb, burada son beş ildə ilk dəfə jurnalist qətlə yetirilib.

Gürcüstan bu il Rusiyaya simpatiyası hiss olunan jurnalistlərə və blogerlərə təzyiqə görə 104-cü yeri tutub.

Ermənistan 25 bənd yüksələrək, 101-ci yerdən 77-ci yerə yüksəlib. Bununla belə, KİV daim hüquqi təqib obyekti olaraq qalır və vurulan ziyanın miqyası yalnız dövlətdə qorxu mühitinə şərait yaradır, deyə məruzədə qeyd edilir.

CONTACT

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button