Beynəlxalq Mətbuat Mərkəzi QHT-ni hədələdi

bmm

Fevralın 19-u Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “4 region” Müstəqil Müşahidəçilər Qrupunun 1 Noyabr 2015-ci il parlament seçkilərində apardığı müşahidələrə əsasən yekun hesabatının təqdimatına icazə verilməyib.

Təşkilatın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, konfransa icazə verilməməsinə səbəb kimi bizim qeyri-qanuni fəaliyyət göstərməyimizlə bağlı bəhanələr gətirilib.

“Fevralın 13-də səhər saatlarında bir qrup üzvlərimiz tədbirimizin keçiriləcəyi yer olan Bakı Beynəlxalq Mətbuat Mərkəzində olublar. Və belə razılığa gəlmişdik ki, 19 Fevral saat 12:00-da seçkilərin yekun hesabatı ilə bağlı tədbirimizi keçirəcəyik. Lakin bu gün axşam təşkilatımızla əlaqə saxlayan Zaur adlı bir nəfər sabah olacaq konfransın təxirə salındığını bildirdi. Səbəb kimi göstərdi ki, sizin təşkilat qeyri-qanuni əməllərlə məşğuldur. Ondan soruşanda ki, hansı qeyri-qanuni əməllərdən söhbət gedir? Onda həmin şəxs bir az duruxdu və təhdid etməyə başladı”

Sonda isə təşkilatdan verilən açıqlamaya görə yekun hesabat bu həftə sonu ictimaiyyətə media orqanları vasitəsiylə açıqlanacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button