Beynəlxalq təşkilatlar Leyla Yunusun həbsdən azad edilməsini alqışladılar

AŞPA prezidenti Leyla Yunusun azadlığa buraxılmasını alqışlayıb
 “Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayırıq”.

apa.az-ın xəbərinə görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör “twitter” səhifəsində yazıb.

ATƏT: Leyla Yunusun azadlığa buraxılması müsbət və çox humanist jestdir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır.

apa.az-ın xəbərinə görə, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

“Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv  müzakirələri davam etdirməyə hazırdır,” – deyə M. Corc bildirib.

Qeyd edək ki, Leyla Yunus bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button