Bibiheybətdə radiasiya şüalanmalarının olmadığı iddia edildi

0803.07.2013

ARDNŞ-ın Ekologiya İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının Radiyasiya Problemləri İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində Ekoloji Monitorinq Departamentinin və institutun əməkdaşlarının iştirakı ilə “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisindəki rekultivasiya və bərpa işləri tam başa çatmış yerlərdə, qurğu və avadanlıqların ətrafında radiasiya fonunun durumu tədqiq edilib.

Ekologiya İdarəsinin rəsmi saytına istinadən verilən məlumata görə, radiasiya fonunun tədqiqi müasir və müvafiq sertifikatlı ABŞ-nın “Canberra” firmasının istehsalı olan “İnspektor-1000” markalı qamma dozimetr-spektrometr avadanlığının köməyi ilə həyata keçirilib.

“Bibiheybətneft” NQÇİ-nin ərazisində aparılan radiasiya monitorinqi zamanı müəyyən edilib ki, sözügedən ərazilərdə ekspozisiya dozasının gücü aşağıdır və 5-7 μR/saat təşkil edir. Doza gücünün belə həddi təbii qamma şüalanmasının qiymətinə müvafiqdir. Ekologiya İdarəsi AMEA-nın Radiyasiya Problemləri İnstitutu ilə birgə monitorinqləri gələcəkdə də davam etdirməyi nəzərdə tutub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button