Biləsuvar-Bəhramtəpə yolu bərbad vəziyyətə düşüb-FOTOLAR

biləsuvarBiləsisuvar sakinlərinin xural.com-a verdiyi məlumatlara görə, Biləsuvar rayonunda mərkəzi yol (Biləsuvar-Bəhramtəpə yolu) bərbad vəziyyətə düşüb. Səbəb rayona kanalizasiya çəkilişi üçün 4 il əvvəl başlanan, amma tamamlanmayan işlərdir. Rayon sakinləri bildirir ki, 4 il əvvəl kanalizasiya üçün qazılan quyular elə o vəziyyətdə də qalıb. Kanalizasiya xətlərinin çəkilişi üçün yollar qazılıb və bərbad vəziyyətdə də buraxılıb. 4 ildir ki, heç bir iş görülmür. Əcnəbi mühəndislər kanalizasiya çəkilişi üçün görülən işlərin səhv aparıldığını xəbərdar ediblər. Lakin buna məhəl qoyulmayıb. Sakinlər qeyd edir ki, nəzərdə tutulan işlər üçün əvvəlcə ayrılmış dövlət vəsaitinin hara xərcləndiyi bilinməsə də, yenidən pul ayrılıb, amma yenə də işlər görülmür. Nəticə də isə rayon sakinləri illərdir ki, yolların bərbad durumundan əziyyət çəkir. Yolların dağınıq vəziyyətdə olması sakinlərin avtomobillərini sıradan çıxarır. Bəzi evlərin girişində kanalizasiya quyuları qazılıb və üstü açıq qaldığı üçün sakinlərin öz evlərinə rahat girişi də problemə çevrilib. Rayon sakinləri aidiyyatı orqanlardan 4 ildir davam edən bu acınacaqlı vəziyyətə son qoyulmasını istəyir.

xural.com

biləsuvar1

biləsuvar2

biləsuvar3

biləsuvar4

biləsuvar5

biləsuvar6

biləsuvar7

biləsuvar8

biləsuvar9

biləsuvar10

biləsuvar11

biləsuvar12

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button