Binəqədi Rayon Polis İdarəsinin rəisini kimlər döyüb?!

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Ağalar Məhərrəmov kimin obyektinə «haqq» qoyub?..XuralTAC-a daxil olan informasiyalara görə, naməlum adamlar Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmovu xidməti kabinetində ölümcül döyüblər. Buna səbəb rəisin rayonda fəaliyyət göstərən müxtəlif obyektlərə «haqq» qoyması olub. Rəis o qədər «xod» gedib ki, «haqq» qoyduğu obyektlərin içində hakimiyyətin ali rəhbərliyinə daxil olan insanların da obyektləri olub. Bunun da nəticəsində iqtidarın yüksək pilləsində yer alan məmurlardan birinin mühafizə alayının rəisi birbaşa polis idarəsinə gələrək kabinetə daxil olub və rəisi əzişdirib. 

XuralTAC-a çatan informasiyalara görə, rəis o həddə döyülüb ki, vəziyyəti həddindən çox pisləşib və onu xəstəxanaya xərəkdə aparmalı olublar.

Məlumatı dəqiqləşdirmək üçün DİN MX rəhbəri Sadiq Gözəlova zəng etdik. Ancaq dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq, MX rəhbəri ilə danışa bilmədik.

 

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button