Binəqədi rayonunda həyətləri su basıb, insanlar köməksiz vəziyyətdə qalıb

bineqedi su

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

FHN-in rəsmi saytı xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib. Əməliyyat saat 16:05-də başa çatıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button