Binəqədidə poliuretan üzlüklər sökülür – FOTO

111111Dəhşətli yanğın hadisəsinin baş verdiyi Binəqədi rayonunda poliuretan üzlükləri sökülməsinə başlanılıb. Bu haqda jurnalistlərə hadisə yerində olan Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xalıddin İsgəndərov məlumat verib. 

Xalıddin İsgəndərov bildirib ki, aparılan ekspertizanın nəticələrinə görə həmin üzlüklər keyfiyyətsiz hesab olunub.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayon ərazisində yerləşən 16 mərtəbəli binanın yanması nəticəsində

15 nəfər həlak olub, 65 nəfər yaralanıb.

Yanğın faktına əsasən, Baş Prokurorluğun Xüsusilə Ağır Cinayətlər İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2(yanğından mühafizə qaydalarının pozulması), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 314.2 (səhlənkarlıq) maddələrilə cinayət işi açılıb.

haqqin.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button