Binəqədililər qazın tez-tez kəsilməsinə, içinə hava vurulmasına etiraz edirlər

qaz-mavi

Binəqədi rayonunun “Zəngəzur” şadlıq evinin yaxınlığında yerləşən və “Yeni məhəllə” deyilən yaşayış massivinə verilən mavi yanacaq 3 gündür ki, kəsilib.

Xural.com strateq.az xəbər verir ki, mavi yanacağın verilməsi məqsədilə rayonun Qaz İstismar İdarəsinə, qəza xidmətinə dəfələrlə müraciət etsələr də, problem aradan qaldıran yoxdur.

Bu barədə məlumat verən şair-publisist Eldar İsmayıl qaz verilişinin dayandırılması ilə əlaqədər olaraq, yaşlıların və azyaşlı uşaqların xəstələndiyini bildirib:

“Hansı idarəyə müraciət ediriksə, deyirlər ki, ana xəttə qəza baş verib, bərpa işləri aparılır. 3 gündür qazsız qalmışıq. Evləri isitmək problemə çevrilib. Mən də, körpələr də xəstələnmişik. Bu ərazidə təxminən 10 min adam qazsız qalıb”.

Diqqəti cəlb edən məsələlərdən biri də budur ki, əhalinin bu səbədən sıradan çıxan qaz avadanlıqlarına – kombi, isitmə qurğularının sıradan çıxmasına Qaz İstismar İdarəsi heç bir məsuliyyət daşımır.  Əhalinin əsas şikayətləri də bu istiqamətdədir. Aylıq gəlirinin 5 misli müqabilində olan qaz avadanlıqları sıradan çıxarkən insanların ailə büdcəsinə ciddi ziyan dəyir. Məsuliyyəti isə heç kəs üzərinə götürmür. Dəfələrlə sakinlərin etdikləri müraciətlərə baxmayaraq Qaz İstismar İdarəsinin mühəndisləri yerlərdə qəza ilə maraqlanmır, avadanlıqların xarab olmasını qazın tez-tez kəsilməsi ilə əlaqələndirmirlər. Halbuki əsasən xaricdə istehsal olunan bu avadanlıqlar Qaz İstismar İdarəsinin “qaz oyunları”na təmayülləşdirilmədiyindən, bu tip hallardan sonra sıradan çıxır.

Maraqlı məqamlardan biri də qazın tərkibinə hava vurulması ilə bağlıdır. Sayğaclara təsir etmək üçün qaza vurulan hava sakinlıərin cibinə ciddi təsir göstrir. Ümumiyyətlə, əhaliyə verilən məişət qazının son illərdə tərkibinin açıqlanmaması da “korrupsiya”əməli kimi xarakteriz olunur.

Mövzunu davam etdirəcəyik.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button