Bin Ladeni öldürən şəxs saxlanılıb – FOTO

robert_onil_090416_01

“Əl-Qaidə” terror qruplaşmasının lideri Üsamə bin Ladeni məhz onun tərəfindən məhv edilməsini iddia edən keçmiş ABŞ hərbçisi Robert O`Nil, Montana Ştatının polisi tərəfindən saxlanılıb.

Trend “Reuters”ə istinadən xəbər verir ki, R.O`Nil içkili vəziyyətdə avtomobili idarə etməkdə ittiham olunur.

Polis keçmiş hərbçini ticarət mərkəzinin park etmə meydançasında mühərriki işləyən avtomobildə yatarkən tapıb. R.O`Nil iddia edib ki, həkim tərəfindən təyin olunmuş dərmanın təsiri altında yuxuya gedib.

Kecmış dəniz piyadaçısı saxlanılan yerdə alkotesterin yoxlanılmasından və qan analizindan keçməkdən imtina edəndən sonra polis bölməsinə aparılıb. Analizlər R.O`Nilin alkoqol təsiri altında olmasını göstərib və o içkili vəziyyətdə avtomobili idarə etməkdə ittiham olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button