Binalar yeni materiallarla üzlənəcək – FOTO


1Bakıda binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmağa başlanılıb 

Mayın 20-dən Bakıda bəzi binaların üzlənməsi üçün yeni materiallardan istifadə olunmağa başlanılıb.

Report.az-ın əməkdaşları şəhərin Atatürk prospektində yerləşən binaların yeni – daş materiallarla üzlənməsi prosesini izləyib.

Üzlənmə ilə təmir-bərpa işləri davam etdirilən binaların qarşısından poliuretan üzlük materiallarının yığışdırılması və onların əvəzinə yeni üzlüklərin gətirilməsinə başlanılıb.

İş icraçısı Ramin Cəfərov  bildirib ki, yeni üzlüklər İtaliya istehsalıdır: “Bizə dəqiq heç nə deməyiblər. Sadəcə, səhər saatlarından başlayaraq poliuretan materialları yığışdırıb, əvəzinə yeni materiallar gətiriblər. Bunlar İtaliya istehsalı olan yanmayan materiallardır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button