Binalarda yanğına davamlı yeni üzlüklər – Video

Köhnəsi sökülür, yenisi vurulur. Paytaxtda tezalışan üzlüklərlə örtülən binalar yeni sima qazanır. Yeni üzlüklər yanğına davamlı olması ilə diqqət çəkir. Bəzi yerlərdə isə binalar boyalarla rənglənir.

Paytaxtda tez alışan üzlüklərlə üzlənmiş binaların əksəriyyətində üzlüklər sökülüb. Qalanlarında isə söküntü son mərhələdədir.

Yasamal rayonundakı belə binaların üzlərinə yeniləri vurulur. Yeni üzlüklər əvvəlkilərindən keyfiyyətinə görə xeyli fərqlənir.

Keramika tərkibli üzlüklər prospekt boyu binaların hamısına vurulacaq.

Yasamal rayonunun bəzi ərazilərində binaların fasad hissələri ağ boya ilə rənglənir

Ziya Bünyadov prospekti boyunca da işlər fasiləsiz davam edir. Prospekt boyu bütün binaların tez alışan üzlükləri sökülüb. Bunun əvəzində isə üzlüyü aqlay daş olanlara yeni üzlük vurulmayacaq. Sadəcə təmir olunub boyanacaq.

İş icraçısı bildirir ki, binaların üzlərinin rənglənməsinə yaxın iki gün ərzində başlanılacaq

Ötən həftə Binəqədi rayonunda yanğın baş vermiş binanın təmiri də sürətlə davam edir. Burda işlərin daha tez başa çatması üçün 100-dən yuxarı canlı qüvvə və texnika çalışır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button