“Bir az cəsarətli olmaq lazımdır”

Hafiz Paşayevdən önəmli mesaj
 
“Ölkədə təhsilin ümumən yeni səviyyəyə qalxması çox vacibdir. Dəyişikliklərə bir az cəsarətlə yanaşmaq lazımdır”.

xural.com report.az-a istinadən xəbər verir ki, bunu avqustun 28-də “ADA” Universitetində keçirilən “Ali təhsil müəssisələrinin müəllim heyəti üçün 1-ci yay akademiyası” adlı təlim proqramının bağlanış mərasimində universitetin rektoru professor Hafiz Paşayev bildirib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbul imtahanlarını mərkəzləşdirilmiş qaydada aparmasını müsbət dəyərləndirən H.Paşayev bununla bərabər indi mövcud olan yeni tələbləri nəzərə almağın da çox vacib olduğunu bildirib: “İndi yeni tələblər var ki, onları nəzərə almaq lazımdır. Mənə verilən məlumata görə, bu il ali məktəblərdə 6 min yer boş qalıb. Bizim universitetdə yerlər tam dolub. Bəlkə bir-iki yer boş qalıb, o da müxtəlif səbəblərdən. Amma elə universitetlər var ki, cəmi 25-30 faiz yerlər dolub. Halbuki əgər cavanlar ərizə veribsə, oxumaq istəyirlər. Əlbəttə, tələbənin səviyyəsi də vacibdir”.

H.Paşayev bu sahədə mövcud olan dünya təcürbəsindən nümunə gətirib: “Dünyada universitetə qapını geniş açıb, sonra çıxışda qapını çox darlaşdırmaq var. Oxuya bilən universiteti bitirir. Müvəffəq olmayan başqa işlə məşğul olmalıdır. Mən görürəm ki, bizim dövlətdə də bu fikir püxtələşir. Bu gün nazirlikdən bir məktub aldım. Ödənişli yerlərə verilən planı ləğv etmək istəyirlər. Bu məsələ ilə bağlı bizdən təklif istəyirlər”.

H.Paşayev müəllim heyətini təhsildə yeniliklərələ bağlı təkliflər verməkdə aktiv olmağa çağırıb: “Gözləməyin ki, ancaq Təhsil Nazirliyi nəsə təkliflər versin və o, həyata keçirilsin. Özünüz də aktiv olun”.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button