Bir daha Neft Fondunun 9 aylıq yekunları haqqında

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin və ADR Hərəkatının sədri

Bir daha Neft Fondunun 9 aylıq yekunları haqqında

Neft Fondu ilə bağlı şərhimi gözlənilməz hesab edən dostlara bildirmək istərdim ki, gəldiyim qənaət mənim subyektiv yanaşmamdan qaynaqlanmır, dünən açıqlanan rəqəmlərin təhlilindən çıxır. Görünür ki, əlavə izahata ehtiyac vardır.
Diqqət edin:
1) Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri ötən ilin eyni dövründə 51,2 milyon manat olub, bu il isə 734,8 milyon manatdır.
2) Fondun büdcə kəsiri (əksikliyi) ötən ilin eyni dövründə 853,7 milyon manat olub, bu il isə 3 milyad 154,5 milyon manat büdcə profisiti (artıqlığı) yaranıb.
3) Fondun idarə edilməsi ilə bağlı xərcləri ötən ilin eyni dövründə 20,2 milyon manat olub, bu il 11,9 milyon manat təşkil edib.
Fondun bu il ərzində aktivləri də 2 milyard 248 milyon dollar artıb.

Bütün sadaladıqlarım ağır makro-maliyyə şəraitində, iqtisadi tənəzzül dövründə qeydə alınıb. Yuxarıdakı göstəricilərlə xarakterizə olunan Fondun 9 aylıq fəaliyyətinin yekunlarına dair müstəqil iqtisadçı şərhi necə olmalıdır ki? Unutmayaq ki, mən ilk növbədə mütəxəssisəm, odur ki, rəqəmlərin dili ilə danışmalıyam, kimlərinsə gözləntiləri ilə yox!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button