Bir qrup jurnalist “Həsən bəy Zərdabi” mükafatı alıb

Bir qrup jurnalist “Həsən bəy Zərdabi” mükafatı alıb

İyunun 21-də Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Azərbaycan mətbuatının 140 illik münasibətilə bir qrup jurnalistə “Həsən bəy Zərdabi” mükafatı təqdim edib.

Mükafat alanlar arasında Turan İnformasiya Agentliyi və Amerikanın Səsi radiosunun müxbiri Tapdıq Fərhadoğlu da var.

Bundan sonra isə Aynur Kərimli (BDU, jurnalistika fakültəsi) jurnalistikanın tədrisindəki uğurlarına və elmi nailiyyətlərinə; Rövşanə Asəfqızı (ANS TV) “Bazar səhəri” proqramına; Mənzərə Sadıqova (publisist) “YaşaM” fəlsəfi – publisistik kitabına; Rafiq Hacıyev (AJB üzvü) hüquq – ədliyyə və kriminalistika sahəsində silsilə məqalələrinə; Məhsim Məhsimov (Region TV Xaçmaz) bölgə televiziyasının inkişafına verdiyi dəstəyə; Səmayə Məmmədova (Gənclər və İdman Nazirliyi) ictimaiyyət və mətbuatla əlaqələrin qurulmasında uğurlarına; Vüsalə Məmmədova (Lent.az) publisistik; Yeganə Nəbiyeva  (“Mingəçevir işıqları” qəzeti) region mətbuatının inkişafında fəallığına; Sevda Sultanova (Kulis.az) isə mədəniyyət sahəsində yazılarına görə H.B. Zərdabi mükafatı alıblar.

Mükafatçılar sırasında həmçinin, Aida Eyvazlı (Kulturaplus.az); “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova; “Azadlıq” qəzetinin köşə yazarı Səadət Cahangir, “Ekspress” qəzetinin əməkdaşı Qalib Məmmədli və “Xalq qəzeti”nin əməkdaşı Əli Nəcəfxanlının da adı var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button