Biz Babək nəsliyik?

Vüqar Abbasov

“Xural”ın Hollandiyadakı köşə yazarı

Bu olkede ən düz danışan adam elə ölkə başçıdır. Kim nə deyir desin. Öncədən bəyan edib ki, men filan siyasətin davamçısıyam ve doğrudan da hemen siyasəti uğurla, deyərdim ki, hetta çox uğurla davam etdirir…
Bəs bizlər, Azərbaycan Türkləri bir xalq olaraq kimin, kimlərin irsini davam etdiririk, Babəkinmi, Cavanşirinmi?.. Danışanda ağız dolusu “Babək nəsliyik” deyir, onun irsinin davamçısı olduğumuzu bəyan edirik. Özümüz özümüzü aldadır, sonra başqalarından özümuze qarşı dügünlük gözləyirik. Babək neçə illər Azərbaycanın bütövlüyü, azadlığı uğrunda istilaçılara qarshı vuruşmadımı? Bizlər ne etdik? Goyçəni, Vedini, Zəngəzuru, Borçalını itirmədikmi? Hələ Cənubi Azərbaycanı demirem. Sovetlər Birliyinə daxil olanda ərazisi 111.6 min kv.km olan ölkəmizin, birlik dağılandan sonra 86.6 min kv.km-i qalmadımı? Hara getdi 30 min.kv.km ərazimiz? Hazırda torpaqlarımızın 20 % -i işğalda deyilmi? Bu Babək irsidirmi? Oglunu döyüşe öndə göndərən Babəkin “nəvəsi” hərbi komissarlığa rüşvət verib övladını Vətənin mudafiəsindən saxlayarmı?
Illərdir soyulur, əzilirik ancaq susuruq, səsimizi çixarmırıq. Işimiz –gücümüz Ərəbin bahari, rusun qışını müşahide etməkdən ibarətdir (bunu vaxtaşırı misal ğətirənləri qınamıram, bununla bəlkə bizi oyatmaq istəyirlər). Gənclərimizi, jurnalistlərimizi siyasi mövqelərinə göre həbslərə atırlar. Ətrafındakı yaltaqlara , “hanı sizin qələminizin qüdrəti, sözünüzün kəsəri, açın bunun qollarını” deyəcək Teymurləngimiz yoxdur (“Nəsimi” b/f -ə baxanlar bilir söhbətin nədən getdiyini). Ancaq fitva verib, verdiyi fitvanın ziyanı özünə dəyəndə sözündən qaçan zahidlərimiz çoxdur. Budurmu Babək irsi?
Əgər Babək bugünkü “nəvələri” ile danişıb, hesab sormaq imkanı olsa idi, əminəm ki, buna oxşar dialoq olardı :
Nəvələrimsiniz deyirsiniz. Men bele Azərbaycan üçünmü vuruşdum?
– Dünyada torpaq, azadlıq uğrunda ölənlər çox oldu…
– Ancaq Babəkin nəvələri sağ qaldı…
– Bizlərdən də torpaq uğrunda ölənlər çox oldu…
– Oldu, ancaq torpaqlar getdi, Babəkin nəvələri sağ qaldı…
– Bizi sağ qaldığımıza görə qınaya bilməzsən. Bir etrafa bax. Fələstində azadlıgı, torpagı uğrunda vuruşanları öldürdülər. Misir, Yəmən, Livan, Suriya…
– Bədbaxtlar… Sizlər azadlıgın nə olduğunu bilmirsiniz. Sizlər hələ də anlamırsınız ki, 1 gun azad yaşamaq 100 il qul kimi sürünməkdən daha yaxşıdır…

Təbii ki, bunlar hər kəsə aid deyil. Azadlığımız, torpaqlarımız uğrunda ne qədər şəhid verdik. Bu gün belə sözünü deməkdən çəkinməyən insanlarımız az deyil. Ancaq hadisələrin gedişatı göstərir ki, az olmasa da, yetərli deyil. Çoxlarımız “məndən ötdü” prinsipi ile yaşayır. Bəlkə uzun illər özümüzü başqalarının, məsələn Leninin nəvəsi kimi görməyimizdən irəli gəlir? Indi də özlərinə yeni “baba” axtaranlar, tapanlar da az deyil. Bəlkə bunlardır bizə babamız Babəkin irsini unutduran? Hələ də gec deyil. Hələ hər şey tam itməyib. “Bəlkə də qaytardılar” prinsipinden qaçmaq lazımdır. Kökümüzə qayıdıb, oz kökümüzün üstündə qol –budaq atmaq lazımdır. Axı kökü dərinlərə gedən ağacın qol-budagı da geniş olur. Onda bizim kölgəmizdə daldalanar, bizə sığınarlar. Daha biz özümüzə başqa yerde sığınacaq axtarmarıq.
Yaxşı fikirləşin. Əvvəlki yazılarımın birinde demişdim: “”lazım”ı gözləməyin”. Seçim millətin özünündür. Ya “lazim”i gözləyərək torpaqlarımızın işğalda qalmasına razılaşmaq, hər zaman başı aşagı gəzmək, ya da mübarizə aparmaq. Ya hər zaman döyülmək, söyülmək, həbsləre atılmaq, ya mübarizə aparmaq. Ancaq hər mübarizənin sonunda bir qələbə əldə etmək gərəkdir. Onda o qələbənin, azadlığın dadı da başqa olur. Yazımı Əli Kərimin şerinden bir beyt ile bitirirəm:
Daha heç ne demirem,
Nöqtə, nöqtə və nöqtə…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button