Bizim və sizin azadlığınız uğrunda!

Leyla Yunus

SDI direktoru

Bu şüar uzun onilliklər ərzində bizim azadlığımız uğrunda mübarizə aparan məsləkdaşlara, dostlara tanışdır. Bu gün biz azad olmayan ölkədə yaşayırıq. Bizim üçün bu şüar aktualdır. O, xüsusilə uydurma ittihamlarla, əsassız hökmlərlə həbsxanada yatan vətəndaşlarımız üçün aktualdır.
Siyasi məhbus problemi azad olmayan ölkələrin əbədi problemidir. Legitim olmayan hakimiyyət ancaq vətəndaşlarını qorxu içində, repressiyalar, həbslər, işgəncələr qorxusu altında saxlayaraq mövcud ola bilər. Azad olmayan ölkələrdə əsas idarəetmə aləti – fikir azadlığının, vətəndaşların hüquq və azadlıqlarının boğulmasıdır. Qeyri-legitim hakimiyyətdən asılı məhkəmə sistemi – siyasi məhbus, vicdan məhbusları yaradan mexanizmdir.
2012-ci ilin əvvəlinə Sülh və Demokratiya Institutunun hesablamalarına görə, Azərbaycanda həbsdə 63 siyasi məhbus var. Günahı sübut olunmayan və barəsində əsassız, qanunsuz, icra hakimiyyətinin göstərişi əsasında siyasi motivlər əsasında hökm çıxarılan 63 vətəndaş.
Qanunsuz məhkum edilən 63 nəfər arasında artıq yeddi ildir azadlıq gözləyən Ruslan Bəşirli, 2007-ci ildə bağlı qapılar arxasında barələrində cəfəng ittihamlar əsasında hökm çıxarılan “Səid Dadaşbəylinin dəstəsi”nin üzvləri də var. Siyasi repressiyalar üçün 2011-ci il ən “məhsuldar” olub: sizin və bizim azad və ədalətli seçki hüquqlarımızı qoruyan Bəxtiyar Hacıyev və Vidadi Isgəndərov, söz azadlığı hüququndan istifadə edən Islam partiyasının rəhbərliyi, bu ağır 2011-ci ilin aprelində bizim sərbəst toplaşmaq hüququmuzu, söz azadlığımızı müdafiə edən “vicdan məhbusları”.
Sabah kim həbs edilib dörd divar arasına atılacaq? Mitinq və etirazlar təşkil edən taksi sürücüləri? Jurnalistlər (Əvəz Zeynallı – real namizəd), hüquq müdafiəçiləri (Zeynal Bağırzadə – Naxçıvan Istintaq Təcridxanasında verilən işgəncələrdən sonra məhkum ediləcək), mənzillərindən çölə atılan və ümidsiz vəziyyətə salınan vətəndaşlar?!
Bizim hər birimiz istənilən anda həbsxanaya salına bilərik! Əsas bunu dərk etmək və sizin və bizim azadlığımız uğrunda gücümüzü birləşdirməkdir!!!
Sülh və Demokratiya Institutu siyasi məhbusların azadlığa buraxılması tələbi ilə respublikanın vətəndaş cəmiyyəti fəallarının imzalarını toplamağa başlayır.
Almaniyanın insan hüquqları üzrə səfiri Markus Löninq “Avroviziya” iştirakçılarını Azərbaycanda siyasi məhbusların azadlığa buraxılmasını tələb etməyə çağırıb. Harvard Universitetinin tələbələri Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edir.
Iranlı tələbələr həbs edilən dindarların azad olunmasını və Azərbaycanda dindarlara təzyiqlərə son qoyulmasını tələb edir. Bizim vətəndaşlarımızı başqa ölkələrin vətəndaşları müdafiə edir.
Biz də mübahisə edirik ki, niyə müxtəlif hüquq müdafiə təşkilatlarının siyahılarında siyasi məhbusların sayında fərq 20-dən 63-ə qədərdir? 2001-ci ildə AŞ PA-nın siyasi məhbus məsələsi üzrə birinci məruzəçisi D.Klerfayt hətta bu məsələ ilə rastlaşmışdı – 50-dən 714-ə qədər adam olan ayrı-ayrı siyasi məhbus siyahıları. O, yeganə düzgün yanaşmanı nümayiş etdirdi – ən uzun siyahını götürdü! Mən həmişə tam, yəni ən uzun siyahının tərəfdarı olmuşam və olacam.
Nə vaxta qədər Ictimai Palatanın tərəfdarları demokratik müxalifətin fəallarını, Islam partiyasının üzvləri ancaq öz partiyadaşlarını müdafiə edəcək, nə vaxta qədər ki, birləşməmişik, bizi parçalayacaqlar və başımızın üstündə hökmranlıq edəcəklər.

Günahı sübuta yetirilməyən, uydurulmuş ittihamlarla həbs edilən hər kəsə azadlıq!

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button