Bloggerin yeznəsi oğurlandı

Hazırda Avropada siyasi mühacir həyatı yaşayan və hakimiyyətə qarşı sərt tənqidi mövqeyi ilə seçilən blogger Məhəmməd Mirzəlinin yeznəsi, iki uşaq atası Elman Ağayev yenidən oğurlanıb. Xural.com-un əldə etdiyi məlumatlara görə, Elman Ağayevi səhər saatlarında polis yenidən həbs edib və naməlum istiqamətə aparıb. Bu haqda Məhəmməd Mirzəli özünün facebook səhifəsində yazıb: “Onun özünə demişdilər ki, bir də içəri düşsən çıxa bilməyəcəksən. Daxili İşlər Nazirliyindən demişdilər ki, get qaynına de, sakit dursun, siyasi məsələlərə qarışmasın, “Made in Azerbaijan” səhifəsini bağlasın və prezidentdən üzr istəsin, millətin dərdi ona qalıb?!”

Dünən gün boyu Elman Ağayevdən heç bir xəbər çıxmayıb və polis orqanları verilən suallara cavab verməkdən yayınıb.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button