BMT-in Qaçqınlar Komitəsi Qarabağa köməktəklif edib

BMT TŞ

“Dağlıq Qarabağ bölgəsində son döyüşlər çoxu qadın, uşaq və yaşlı olmaqla yüzlərlə insanı evlərindən didərgin salıb və UNHCR tərəfləri onların hüquqların hörmət etməyə və qorumağa çağırır”.

Bu, çağırışla bu gün BMT Qaçqınlar Komitəsi çıxış edib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, BMT-nin bəyanatda bir neçə gün öncə Dağlıq Qarabağa dair əldə edilmiş razılığın çox kövrək olduğunu bildirilir.

“1994-cü ildə başa çataran separatçı müharibə 1 milyondan çox insanı məcburi köçkün etdi və hələ də minlərlə ailə evlərinə qayıtmaq ümidi ilə yaşayır. UNHCR xəbərdarlıq edir ki, onlarla insanın ölümünə səbəb olan münaqişənin bərpası dinc əhalinin evlərini tərk etməsi ilə nəticələnib. Onlardan bəziləri agentliyə bildirib ki, onlar son 20 ildə dəfələrlə oxşar hadisə ilə üzləşib”.

Münaqişənin təsirinə məruz qalmış insanlar Dağlıq Qarabağ, Ermənistan və eləcə də Azərbaycanın daha təhlükəsiz yerlərinə pənah aparıblar. Onlara çıxış imkanı məhdud olduğunun son münaqişənin təsirinə məruz qalaraq evlərindən didərgin düşənlərin dəqiq sayını müəyyən etmək mümkün deyil, ancaq qaçqınlar üzrə agentlik bu qrupları müəyyən etmək və məcburi köçkünlərin nəzarətdə saxlanması üçün əlindən gələni edir”.

Bəyanatda habelə deyilir ki, BMT qaçqınlar agentliyi dinc əhalinin tələfatı, evlərin və infrastrukturun dağıdılması, eləcə də müharibə zonasında qaçmağa çalışan insanların imkanlarının məhdudlaşdırılmasına dair aldığı məlumatlardan narahatdır.

Humanitar ehtiyaclarla bağlı Azərbaycan və Ermənistan hökumətinə köməyini təklif edən agentlik onlardan məcburi köçkünlərə çıxış imkanı da istəyib. Bəyanatda həmçinin UNHCR-ın 1992-ci il münaqişənin ilk illərindən məcburi köçkünlərə yardımını davam etdirdiyi xatırladılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button