Boksçumuz Olimpiya lisenziyası uğrunda erməni rəqibi ilə qarşılaşacaq

boks

Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində artıq final uğrunda mübarizə aparacaq cütlüklər müəyyənləşib.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, çıxışlarını davam etdirən 5 boksçumuzun da yarımfinaldakı rəqibləri məlumdur.

Qadın boksçuların 60 kq çəki dərəcəsində çıxış edən Yana Alekseyevna yarımfinalda irlandiyalı təcrübəli boksçu, Avropa Oyunlarının yarımfinalında üz-üzə gəldiyi, Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylorla qarşılaşacaq.

Kişi boksçuların 56 kq çəki dərəcəsində yarışan dünya çempionumuz Cavid Çələbiyev ermənistanlı boksçu Aram Avaqyanla üz-üzə gələcək.

Kişilərin 64 kq çəki dərəcəsində yarımfinala vəsiqə qazanan Lorenso Sotomayor türkiyəli boksçu Batuhan Gözgeçlə münasibətləri aydınlaşdıracaq.

91 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Avropa oyunlarının qalibi Abdulqadir Abdullayev yarımfinalda böyük britaniyalı Laurens Okolye ilə döyüşəcək.

Ən ağır çəkidə (+91 kq) mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov isə final yolunda yerli idmançı Ərən Əli Dəmirəzənlə mübarizə aparacaq. Qeyd edək ki, yarımfinal görüşləri aprelin 15-də keçiriləcək(trend).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button