Bölgələrdə də binalara vurulan poliuretan üzlüklər sökülür
xural.com –un verdiyi məlumata görə, rayon mərkəzlərində binaların fasadlarına vurulan poliuretan üzlüklərin sökülməsi davam edir.
Bakının Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş verən faciəli yanğın hadisəsindən sonra prezidentin binaların tez bir zamanda bu üzlüklərdən təmizlənməsilə bağlı verdiyi əmrə bölgələrdə də əməl olunur.
Hazırda Gəncədə İcra Hakimiyyətinin xüsusi göstərişi əsasında 15-ə yaxın 9 və 5 mərtəbəli binanın yanmağa həssas olan üzlükləri sökülür.
Söküntü işləri başa çatdıqdan sonra binaların fasadının hansı üzlüklərlə üzlənəcəyi haqda şəhər sakinlərinə heç bir məlumat verilmir.
Gəncədə poliuretan üzlüklərin sökülməsi:
Şəmkirdə poliuretan üzlüklərin sökülməsi:
Yevlaxda poliuretan üzlüklərin sökülməsi: