“Böyük beşlik”də bombardirlər…

Ronaldu və Messi28.04.2015

Avropanın qabaqcıl çempionatlarında mövsümün bitməsinə az qalmış komandalar kimi futbolçular arasında da rəqabət səngimək bilmir. Apasport.az saytının məlumatına görə, finişə doğru yaxınlaşdıqca oyunçular arasında bombardirlik yarışı da davam edir.

İspaniya La Liqasında bu mövsümdə əsas rəqabət dünya futbolunun iki ulduzu Ronaldu və Messi arasındadır. Portuqaliyalı 39 qolla birinci olduğu halda, argentinalı ondan yalnız 3 top geri qalır.
İngiltərə Premyer Liqasında da bu mənada gərginlik davam etməkdədir. “Çelsi”də zədəsi hələ də bitməyən Dieqo Koşta bu siyahıda 3-cüdür (19 qol). Cari mövsümün ən yaxşı gənc oyunçusu seçilən Harri Keyn (“Tottenhem”) ispaniyalıdan 1 dəfə çox fərqlənib. Zirvəni isə son turda vurduğu qolla Serxio Aquero ələ keçirib. Onun aktivində isə 21 top var ki, onlardan da dördü penaltinin payına düşür.
Almaniya Bundesliqasında isə Aryen Robbenin zədə problemi ilə üzləşməsi Frankfurt “Ayntraxt”ının forvardı Aleksandr Meyerin işinə yarayıb. İndi Meyer qarşılaşmalarda 19 dəfə fərqlənməklə, holland ulduzu iki top qabaqlayır. Bu siyahıda ilk 3-lüyü isə “Bavariya”dan Robbenin komanda yoldaşı Robert Levandovski tamamlayır (16 qol).
İtaliya A seriyasında isə sona 6 tur qalmış Karlos Tevez bombardirlərin yarışında liderdir (18 qol). Onun ən yaxın izləyiciləri isə rəqib qapılarını 17 dəfə silkələyiblər. Bunlar “İnter”dən İkardi, “Verona”dan Luka Tonidir.
Fransa çempionatında isə “Lion”un qol ümidi Lyakazett 26 topla əlçatmazdır. Onun həmyerlisi Jinyak “Marsel” forması ilə rəqib qapılarına 18 dəfə yol tapıb. Son çempion PSJ-nin isveçli ulduzu Zlatan İbrahimoviçin aktivində 17 qol var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button