Brayza Azərbaycan jurnalistlərini təbrik edib

metyu brayzaSəfirin fikrincə, jurnalistlərin ictimaiyyəti obyektiv və professional və fərdi etikaya müvafiq olaraq mühüm ictimai məsələlər barədə məlumatlandırmaq işi ictimaiyyətin ən böyük ehtiyaclarındandır.

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib.

Səfirin təbrikində deyilir: “Amerika Səfirliyi adından Azərbaycanın ilk qəzeti “Əkinçi”nin nəşrinin 136-cı ildönümünü qeyd edən Milli Mətbuat Günü münasibəti ilə bütün jurnalistləri təbrik edirəm. Azad media demokratiyanın təməl hissəsidir. Jurnalistlərin ictimaiyyəti obyektiv və professional və fərdi etikaya müvafiq olaraq mühüm ictimai məsələlər barədə məlumatlandırmaq işi ictimaiyyətin ən böyük ehtiyaclarındandır. Azərbaycan jurnalistləri ilə əməkdaşlığımızı davam etdirməyi və qarşılıqlı hörmətimizi dərinləşdirməyi səbirsizliklə gözləyirəm”, – deyə cənab Brayza qeyd edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button