Bridcet Brink STP üzvləri ilə görüşdü

Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink Sivil Toplum Platformasının (STP) üzvləri Mehriban Rəhimli və Akif Qurbanovla görüşüb.

Görüşdə STP üzvləri ABŞ diplomatıyla ölkədəki ictimai-siyasi vəziyyət, referendumun nəticələri və gözləntilər, vətəndaş cəmiyyətinin hüquqi və praktik durumu, MHŞT(EITI) Idarə Heyətinin son qərarından doğan nəticələr, siyasi azadlıqlar və siyasi məhbus problemləri, həmçinin mövcud problemlərdən çıxış yolları və beynəlxalq qurumlarla Azərbaycanın münasibətləri müzakirə edilib.

Görüşdə Dövlət Departamentinin nümayəndəsilə yanaşı, ABŞ-ın ölkəmizdəki səfiri cənab Robert Sekuta və səfirliyin digər əməkdaşları iştirak ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button