BRİTANIYA SƏFİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ NAXÇIVANDA MÜSAVAT FUNKSİONERİ İLƏ GÖRÜŞÜB
Müsavat Partiyasının Mətbuat xidmətindən Xural.com-a daxil olan məlumata görə Sentyabrın 9-da Müsavat Partiyasının Naxcıvan şəhər təşkilatının sədri Sabir Vəliyev Böyük Britaniya səfirliyinin Naxçıvanda səfərdə olan rəsmiləri ilə görüşüb.
Görüşdə qarşıdan gələn Parlament seçkiləri, siyasi məhbus məsələsi, Naxçıvanda müxalifət təşkilatlarının fəaliyyəti üçün mövcud çətinliklər və digər məsələlər müzakirə edilib.