Brüssel partlayışları vəterorçular barədə yeni məlumatlar açıqlanıb

Brüssel partlayış

Martın 22-də Belçikanın paytaxtı Brüsseldə törədilmiş terror aksiyalarının necə baş verdiyi, terrorçuların kimliyi barədə yeni-yeni faktlar üzə çıxır.

Brüsseldə özünü partladanlardan biri Parisdəki teraktlardan sonra ABŞ xüsusi xidmət orqanları tərəfindən xüsusi siyahıya daxil edilib.  Bununla bağlı amerikalılar Belçikaya əməkdaşlıq təklif etsələr də,  “yox” cavabı alıblar.

Bu barədə ABŞ-ın Röyter (Reuters) agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə 22 martda Brüsselin “Zaventem” hava limanında özünü partladan intiharçılardan biri, Belçika vətəndaşı İbrahim əl Bakraui,   hələ Parisdə 13 noyabr 2015-ci ildə baş vermiş partlayışlardan əvvəl terrorçuluqda şübhəli bilinən şəxslər siyahısına salınıb.

Onun qardaşı, özünü “Malbek”  metro stansiyasında partladan Xalid isə Parisdəki partlayışlardan sonra bu siyahıya daxil edilib.

Bundan əvvəl agentlik məlumat yaymışdı ki, əl Bakraui qardaşları ABŞ-ın məlumat bazalarının birində potensial terrorçular kimi qeydə alınıblar. 

Brüsseldəki partlayışlara qədər bu məsələlərlə bağlı ABŞ xüsusi xidmət orqanları Belçikaya əməkdaşlıq üçün müraciət ediblər. Belçika isə əməkdaşlıqdan imtina edib.

Brüssel terroçuları ilə bağlı daha bir məlumat isə Türkiyədən gəlib. 11 iyun 2015-ci ildə Türkiyə-Suriya sərhəddini keçməyə çalışan  İbrahim əl Bakraui  saxlanılıb. Onu Suriyaya İŞİD-ə qoşulmaq üçün getdiyi şübhəsi ilə saxlayan türklər geri, Belçikaya deportasiya ediblər.

26 iyunda isə bu barədə İstanbulda işləyən və Türkiyə polisi ilə əlaqələrə cavabdeh olan belçikalı zabitə məlumat verilib. 3 gün sonra isə o, bu məlumatı Brüsselə ötürüb. Oradan isə əlavə məlumat göndərilməsi barədə sorğu daxil olub.  Amma İstanbuldakı belçikalı polis zabiti əlavə heç bir araşdırma aparmayıb. Nəticədə,  İbrahim əl Bakrauinin saxlanması üçün əsas tapılmayıb.

İbrahim əl Bakrauinin əlaltısı, hava limanında kameraların çəkdiyi terrorçu isə hələ də axtarışdadır.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button