BŞBPİ-nin mətbuat xidmətinin rəhbərinin oğluna 6 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan 19 yaşlı Arif Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib.

Məhkəmənin hökmü ilə A.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qəza törədən zaman Arif Rəhimov birinci kurs tələbəsi olub. O, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Hadisə ötən il sentyabrın 7-də saat 16 radələrində Səbail rayonunda baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilir ki, Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub. Sonradan idarəetməsi itirilən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. Qəza zamanı Füzuli Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı Arif Rəhimov da xəsarət alaraq xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Məlumata görə, Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən qəza törədib.

Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.(virtualaz.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button