Bu gecə Moskva prospektində “Oyunlar zolağı” yenidən rənglənəcək

zolaq_baku2015_020615Bu gecə Moskva prospektində “Oyunlar zolağı”nın yenidən rənglənəcəyi bildirilir.

“Azəryolservis” ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Moskva prospektində, daha dəqiqi “20 Yanvar” dairəsindən “Şamaxinka” deyilən əraziyədək və əksinə, prospektin “20 Yanvar” dairəsinə düşən yan yollarında “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

xural.com -un   az.trend.az-a istinadən verdiyi məlumata görə, rənglənmə işləri aparılan zaman həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni rənglənmə işləri aparılan zolaq istisna olmaqla, sürücülər digər zolaqlarla öz avtomobilləri ilə hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button