Bu gün Milli Məclis yeni hakimlərin təyinatı məsələsinə baxacaq

MM

02.07.2013

Bu gün Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Məlumata görə, iclasın gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib. Deputatlar əvvəl Azərbaycan Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinin təyin edilməsinə razılıq verəcəklər. İclasda Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi məsələsinə də baxılacaq.

Bundan başqa, deputatlar “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihələrinə münasibət bildirəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button