“Bu gün televiziyalarda nəinki ailə dəyərləri haqqında, daha çox ailə kriminalları haqqında danışılır” – FOTOLAR

gunaydin-verilisi-haci-quliyev (8)29.04.2015

Bunu ailə məsələləri üzrə ekspert Hacı Quliyev “Space” telekanalında yayımlanan “Günaydın” verilişində qonaq olarkən deyib. Ekspert, gənclərə və gənc ailə başçılarına səslənərək qeyd edib ki, ailə dəyərlərini qoruyub saxlamağa çalışsınlar:

“Gənclər ailə dəyərələrini unudublar. Gənclərlə söhbət edərkən aydın olur ki, onların ailə dəyərləri haqqında anlayışları yox dərəcəsindədir. Gənclər ailəyə barmaqarası baxırlar. Bu gün boşanma halları daha çoxdur. Gənclər düşünür ki, bu gün ailə qurmuşam, əgər bu ailə alınmazsa, boşanaram, sabah növbəti dəfə ailə quraram. Təbii ki, bununla da ailə dəyərləri və ümumi – milli-mental dəyərlərimiz, itir. Əvvəllər ağsaqqalların məsləhətinə önəm verilirdi. Hazırda isə çox fərqlidir.”

H.Quliyev vətəndaş nigahını birmənalı qəbul etmədiyini söyləyib:

“Ümumiyyətlə, ölkəmizdə vətəndaş nigahına daha çox önəm verilir ki, mən isə bunu birmınalı qəbul etmirəm. Ən əsas ağsaqqalın, böyüklərin məsləhəti olmalıdır, buna önəm verilməlidir. Əgər belə olarsa, uzunömürlu sağlam ailə də olar.”

Qeyd edək ki, teleaparıcı Vüsalə Kərimovanın təqdimatında yayımlanan verilişin digər qonaqları isə müğənnilər Samir Piriyev və Gülay Zeynalova olublar.

F.MADATOV

gunaydin-verilisi-haci-quliyev (2) gunaydin-verilisi-haci-quliyev (1) gunaydin-verilisi-haci-quliyev (8) gunaydin-verilisi-haci-quliyev (6) gunaydin-verilisi-haci-quliyev (5) gunaydin-verilisi-haci-quliyev (4) gunaydin-verilisi-haci-quliyev (3)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button