Bu il tikintiyə 1188,2 milyon manat dövlət vəsaiti xərclənib

tikintiRəsmi məlumata görə, Azərbaycanda tikinti sahəsinə tək dövlət büdcəsindən deyil, müxtəlif mənbələrdən də vəsait ayrılır. 

xural.com   xəbər verir ki, Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlayıb.

Göstəricilərə əsasən, tikinti sahəsində 2015-ci ilin yanvar-may aylarında əsas kapitala 6416,3 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilib. İstifadə olunan vəsaitin 4151,1 milyon manatı və ya 64,7 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin 3791,0 milyon manatını daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunan vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,0 faiz artaraq 4933,8 milyon manat təşkil edib.

2015-ci ildə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5654,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutularaq, ötən beş ay ərzində həmin vəsaitin 1188,2 milyon manatından istifadə edilib.

Müxtəlif mənbələrdən ayrılan vəsaitlər hesabına yanvar-may aylarında 723,8 min kvadrat metr yaşayış evləri, növbədə 180 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 4548 şagird yerlik ümumtəhsil məktəbləri, 200 yerlik məktəbəqədər təhsil müəssisələri, 280 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1”, “Həzi Aslanov”, “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi, Velopark, Avropa Oyunları Parkı, Atletlər və Media kəndləri, Bakı Konqres Mərkəzi, “Bulvar Hotel” oteli, “Dalga Beach-Aqua Park” ailəvi istirahət mərkəzi, Beynəlxalq Avtovağzal ərazisindən Bakı dairəvi yolunu birləşdirən körpü və Stend Atıcılığı Kompleksinə gedən yol, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Astara rayonunda Deqədi-Pəlikəş avtomobil yolu, Bərdə rayonunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolu, Qusar rayonunda “Park Chalet Shahdag” oteli və s. obyektlər istifadəyə verilib.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button