Bu ilin ilk yarımilində 132 cinayətin üstü açılıb

124.07.2013

Bu ilin ilk 6 ayı ərzində Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 132 müxtəlif cinayətlərin üstü açılıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. Bu barədə Penitensiar Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2013-cü ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 1636 manat pul, 105,5 litr spirtli içki, 321 mobil telefon, 82,6 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb. Bundan əlavə, Penitensiar xidmətin 51 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunub.

Penitensiar Xidmətinin 2013-cü ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurasında Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin və İnsan haqları və ictimaiyyətlə əlaqələr idarəsinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev Penitensiar Xidmətin 2013-cü ilin 6 ayı ərzindəki fəaliyyətinə yekun vuraraq qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib.

Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və İstintaq təcridxanalarının rəisləri çıxış ediblər. Əməliyyat Şurasına yekun vuran Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev vurğulayıb ki, 2013-cü ilin birinci yarım ili ərzində Penitensiar xidmət və onun tabe qurumları tərəfindən qarşıda duran vəzifələr əsasən yerinə yetirilib, müəyyən müsbət nəticələr əldə olunub. Bununla yanaşı fəaliyyətdə mövcud olan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

3818.1_973020472.jpg
3819_306059815.jpg
3820_519573149.jpg
3821_730922000.jpg
3822_427814754.jpg
3823_523297629.jpg
3824_156074613.jpg
3825_929786061.jpg
3826_915371307.jpg
3827_285504745.jpg
3828_951735981.jpg

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button