Bu sahələrdə çalışanların maaşı artırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Dövlət başçısının digər sərəncamı ilə kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Digər sərəncamla isə mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.(oxu.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button