Bu təklif ermənilərdə şok effekt yaradacaq–VİDEO

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi”nin (QAQB) təşkilatçılığı ilə bir qrup Qərbi Azərbaycanlı ziyalının iştirakı ilə toplantı keçirilib.

Toplantını giriş sözü ilə açan QAQB-nın sədri Rizvan Talıbov bildirdi ki, İrəvan xanlığının paytaxtı olmuş tarixi Azərbaycan şəhəri İrəvanın erməni daşnaklarına 99 il müddətinə paytaxt olaraq verilməsi haqqında Azərbaycan Demokratik Cümhuriyyətinin  qərarına yenidən baxılmalı və o qərar ləğv edilməlidir.

O, təklif etdi ki, Gədəbəy rayonu ərazisində ermənilərin 30 ilə yaxındır ki, tərk etdikləri boş qalmış, dağılmış Köhnə Başkənd kəndinin yerində 10 min nəfər əhalinin yaşaya biləcəkləri qəsəbə salınsın və həmin qəsəbədə ermənistanlı qaçqınlar məskunlaşdırılsın: “Elə etməliyik ki, gələcəkdə ermənilər həmin əraziyə iddia ürəli sürməsinlər”.

Çıxış edənlər sədrin təklifini bəyəndiklərini və bunun ermənilərdə şok effekt yaradacağını vurğuladılar.

Məsləhət edildi ki, ildə bir dəfə Qərbi Azərbaycanlıların deportasiya edilməsi günü qeyd edilsin və Azərbaycan hökuməti tərəfindən ayrılmış hər hansı bir məkan ziyarət yerinə çevrilsin, ermənilərin törətdikləri o vəhşiliklər zamanı dünyasını dəyişənlərin ruhları yad edilsin.

Tədbirin sonunda Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button