Bulvar İdarəsinin rəisi özünə yaxta aldı

asadaAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi Əfqan Şahmarov özünə yaxta alıb.

Vətəninfo.az xəbər verir ki,Milli-Xeber.Az-a daxil olan məlumata görə, bu Bulvar İdarəsinin rəisinin aldığı ilk yaxta deyil.

Məmurun aldığı yaxta mükəməl dizaynı ilə digər məmurların yaxtalarını geridə qoyur.

Məlumata görə, Əfqan Şahmarovun yeni yaxtası Lagoon 560 markalıdır.

Daxil olan məlumatda bildirilir ki, olduqca bahalı olan yaxta hələki Azərbaycana gətirilməyib.

Xatırladaq ki, Əfqan Şahmarov 10 yanvar 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dənizkənarı Bulvar İdarəsinin rəisi təyin edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button