Bulvarda obyekt sahiblərinin dələduzluğu – Rəis müavini açıqlama yaydı

asasasfsaf“Milli Parkda fəaliyyət göstərən heç bir obyekt müştəriyə zorla məhsul sata bilməz”.
Bunu Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.
Onun sözlərinə görə, Milli Parkda müştərilərə zorla məhsul satan kafe və restoranlara bir müddət əvvəl xəbərdarlıq edilsə də belə hallara hələ də rast gəlinir. O, bildirdi ki, bu cür hallarla rastlaşdıqlarında Dənizkənarı Bulvar İdarəsi dərhal, həmin obyektləri cəzalandırır:
Heç bir obyekt müştəriyə çayın yanında dondurma da almalısan deyə bilməz. Bu insanların hüquqlarını pozmaqdır. Belə hallarla əvvəllər də rastlaşırdıq, hazırda da rastlaşırıq. Belə zənglər olur, şikayətlər yerindəcə araşdırılır və dərhal da təqsirkarlar cəzalandırılır. Bəzən xidmətçi, bəzən isə adminstrator işdən azad edilir. Biz bu cür hallara qarşı mübarizə aparmışıq və yenə də aparacağıq”.
Milli parkdakı obyektlrədə çay və digər məhsulların qiymətlərin bahalığına gəlincə N.Məcidov bu məsələnin onların səlahiyyətində olmadığını qeyd etdi. Onun sözlərinə görə, Bulvar İdarəsi heç bir obyekt rəhbərinə qiymətləri aşağı salmaq üçün göstəriş verə bilməz: “Ümumiyyətlə sahibkarın hansı malı neçəyə satması bizə aid olan məsələ deyil. Biz sadəcə olaraq sahibkarlara tövsiyə verə bilərik. Deyə bilərik ki, sadə çay 2 manat olsun, menyu yazılsın və sifarişçiyə əvvəlcədən təqdim olunsun. Yəni Bulvar İdarəsi nə qiymət qoyan, nə də qiyməti aşağı salan bir qurum deyil. Azərbaycanda qiymətlərə müdaxilə edən Tarif Şurası var və qiymətləri onlar tənzimləyir. Və heç kəsin qiyməti nə artırmağa, nə də azaltmağa ixtiyarı yoxdur”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button