Bürclər-16 noyabr

Bürclər 16 noyabr

 
QOÇ – Risk etməkdən çəkinməyin. Onsuz da həyatda hər şeyə bu yolla nail olmusunuz. Nahar ərəfəsində mühüm şəxslərlə görüşləriniz gözlənilir. Unutmayın, indi zaman xeyrinizə işləyir.
BUĞA – Ürəyinizcə olan olaylarla qarşılaşacaqsınız. Bu kimi hadisələr gələcəyinizi təyin etməkdə sizə yardımçı olacaq. Ailə üzvlərinizin ən xırda probleminə də biganə qalmayın. Səfərə çıxmayın.
ƏKİZLƏR – İkitərəfli əməkdaşlıq üçün münasib vaxtdır. Lakin təşəbbüskarlığı əldən versəniz, uduza bilərsiniz. Çalışın ki, müzakirələrdəki müsahibləriniz sizin rəyinizlə hesablaşa bilsin.
XƏRÇƏNG – İş yerində bəzi xoşagəlməzliklə rastlaşacağınız güman olunur. Odur ki, narazı qaldığınız məsələləri münaqişə həddinə çatdırmamalısınız. Günortadan sonra işlərinizdə dönüş yaranacaq.
ŞİR – Nüfuzunuza güvənməyin. Hər bir müsahibinizlə sadə dildə danışın ki, rəğbət qazanasınız. Üzərinizə düşən hər hansı vəzifəni başqalarının hesabına həll etməyə çalışmayın.
QIZ – Daha çox sağlamlığınızın qayğısına qalın. Soyuq qidalar qəbul etməyin. Dünyadan getmişlərinizə dualar oxuyun ki, həyat tərziniz müsbətə doğru dəyişsin. Gecə başqa evdə qalmayın.
TƏRƏZİ – Maraqlı adamlarla rastlaşacağınızdan xəbər verən ulduzlar mövcud problemlərinizin həllinə yaxınlaşdığınızı da istisna etmir. İşdən sonra qonaq çağrılma ehtimalınız böyükdür.
ƏQRƏB – Təmkin nümayiş etdirməsəniz, axşama qədər mübahisəli situasiyalarla baş-başa qalacaqsınız. Baş verən hər bir hadisəyə reallığın gözü ilə baxın. Günün ikinci yarısında təzə xəbər eşidəcəksiniz.
OXATAN – Ümumi gərginlik hökm sürdüyündən qeyri-ənənəvi işlərdən yayınmalısınız. Çalışın ki, cılız adamlara görə enerjinizi itirməyəsiniz. Yalnız etibarlı şəxslərlə əlaqə yaradın.
OĞLAQ – Ciddi işlərinizin həllini bu günlük təxirə salın. Onsuz da ulduzların düzümü bu istiqamətdə müvəffəqiyyətə yetişəcəyinizə təminat vermir. Axşamüstü yaxınlarınıza baş çəkin.
SUTÖKƏN – O qədər də ürəkaçan gün deyil. Ümumi əhvalınızda gərginlik və hövsələsizlik nəzərə çarpacaq. Bu amili nəzərə alıb risk və mübahisələrdən uzaq olmalısınız. Tələsik qərar çıxarmayın.
BALIQLAR – Təxminən saat 17-yə qədər ovqatınızın xoş keçəcəyi ehtimal olunur. Hətta bir qədər aktiv olsanız, şəxsi büdcənizi də artıra bilərsiniz. Fəaliyyət istiqamətlərini genişləndirin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button